Hörmətli internet İstifadəçiləri,
Delta Telecom regionda İnternet texnologiyalarının inkişafı məqsədilə yeni WiMAX texnologiyalarının ölkəmizə gətirilməsi üçün böyük bir layihəni həyata keçirdi.
İndi artıq, Sizin, telefon xəttlərinin keyfiyyətli olmasına ehtiyacınız qalmayacaq. Tətbiq edilmiş yeni texnologiya sayəsində, Siz, yüksəksürətli İnternet xidmətini birbaşa regionun İnternet magistralından və simsiz rabitə texnologiyalarıyla ala biləcəksiniz. Belə ki, hər bir İnternet istifadəçisi saniyədə 10 Meqabit informasiyanı endirə, 2 Meqabit informasiyanı göndərə bilər. Bildiyiniz kimi bu imkanları məhdudlayan havada yayımlanan tezlik diapazonunun eyni sektordakı istifadəçilər tərəfindən bölüşməsi ola bilər. Bunun üçün biz mütəmadı olaraq optimallaşdırma işlərinin aparılmasını davam etdiririk. |